Banka silahlı basqın edən azərbaycanlı tutuldu
04 Mart 2014 Çərşənbə Axşamı 12:15
Azərbaycan vətəndaşının da daxil olduğu dəstə Moskvadakı banklardan birinə basqın ediblər.
Rusiyanın paytaxtı Moskva yaxınlığında banka silahlı basqın olub. ANS PRESS-in məlumatına görə, rus polisi keçirdiyi əməliyyat nətcəsində cinayətin üstünü aça bilib. Polis bankın müşahidə kameralarına düşən 4 nəfər şübhəli şəxsin birinin görünüşcə qafqazlıya oxşadığını müəyyən edib.

Araşdırma zamanı müəyyən olunub ki, qarətçilər tapança ilə silahlanıblar. Onlar bank işçilərini qorxudaraq pulları götürüblər. Lakin kassir qadının həyəcan siqnalını işə salmağa vaxt tapa bilib. Bundan xəbər tutan qarətçilər dərhal hadisə yerindən qaçıblar.

Qarətlə əlaqədar Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində silahlı qarətçilərdən biri saxlanılıb. Saxlanılan 30 yaşlı Azərbaycan Respublikasının vətəndaşı törədilən cinayətdə əli olduğunu etiraf edib. Saxnalılan şəxsin adı açıqlanmayıb.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs cinayət işinə görə, 12 il azadlıqdan məhrum edilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar