Balaxanı qəsəbəsində yanğın baş verib
28 İyul 2009 Çərşənbə Axşamı 21:50
Alov ətrafdakı zibilliyə və mazut gölməçələrinə yayılaraq 1500 kv.m ərazini əhatə edib

 

Bu gün saat 18.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində keçmiş yod zavodunun yaxınlığında yerləşən mazut gölündə yanğın baş verib. Alov qısa vaxt ərzində ətrafdakı zibilliyə və kiçik mazut gölməçələrinə yayılaraq 1500 kvadrat metr ərazini əhatə edib.

Hadisə yerinə dərhal Fövqaladə Hallar Nazirliyinin bir neçə rayon üzrə yanğından mühafizə xidmətlərinin əməkdaşları və yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın zamanı mazut gölündən qalxan qara tüstü paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonlarının ərazilərini bürüyüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və ətrafda yerləşən evlərə heç bir ziyan dəyməyib.

Hazırda yanğının baş verməsinin səsəbləri araşdırılır. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar