Bakının Bakıxanov qəsəbəsində atışma baş verib
19 Avqust 2009 Çərşənbə 00:05
Bakının Bakıxanov qəsəbəsində atışma baş verib. Hadisə şahidləri yaralıların olduğunu bildirir.

 

Bu gün saat 21:30- radələrində Bakının Bakıxanov qəsəbəsində atışma olub. Bu barədə ANS PRESS-ə hadisənin şahidləri məlumat veriblər. Şahidlərin bildirdiyinə görə, hadisə Bakıxanov dəmir yolu stansiyası yaxınlığında yeni salınmış yaşayış massivində baş verib. Şahidlər hazırda ərazidə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının çoxlu sayda əməkdaşının, o cumlədən, həkimlərin işlədiyini bildiriblər. Onların sözlərinə görə, hazırda ərazidən bir neçə yaralı təcili yardım maşınına qoyularaq xəstəxanaya aparılıblar. Şahidlər hadisə nəticəsində ölən olduğunu da deyiblər.
Bakı şəhətr Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb və xəstəxanalara heç kim aparılmayıb. Sabunçu Rayon Polis İdarəsindən isə hadisənin baş verdiyini təsdiqləsələr də, insidentin təfərrüatları, o cümlədən tələfat barədə məlumat verməkdən imtina ediblər. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar