Bakıdakı hərbi şəhərcikdə qətl
21 Oktyabr 2009 Çərşənbə 10:00
Bakıdakı hərbi şəhərcikdə qətl hadisəsi baş verib. Əsgər mülki vətəndaşı qətlə yetirib.
Bakıdakı hərbi şəhərcikdə qətl hadisəsi baş verib. Bakı Hərbi Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Hərbi şəhərciyində 19 yaşlı əsgər Ziya Məmmədzadə mübahisə zəminində 20 yaşlı mülki şəxs Cavid Albabazədəni qətlə yetirib. C. Albabazadə aldığı xəsarətlərdən xəstəxanada dünyasının dəyişib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar