Bakıda yol qazası baş verdi
17 Sentyabr 2009 Cümə Axşamı 06:35
Toqquşmadan sonra “VAZ 2107” aşıb
Bu gecə Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Nobel prospektində “Nissan” markalı maşınla “VAZ 2107” markalı avtomobil toqquşub. Toqquşmadan sonra “VAZ 2107” aşıb və maşındakı 4 nəfər xəsarət alıb. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə maşından çıxarılıb. Qəza nəticəsində xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Avtombilin sürücüsü 42 yaşlı Mirzəcanov Cabir Sabir oğlu (42 yaş) döş qəfəsinin küt travması, Sadıqov Nadir Abdulla oğlu (33 yaş) sağ dirsək oynağının əzilməsi, azyaşlı Sadıqov Abdulla Nadir oğlu və Fərəcova Şəhla İbrahim qızı (44 yaş) kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya qəbul olunublar. Xəstəxanadan verilən məlumata görə, yaralıların xəsarətləri ciddi olmadığından onlara göstəriliən ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Nissan” markalı avtomobilin sürücüsü səbəb olub. “VAZ 2107”-nin sürücüsü də Elə jiqulinin sürücüsü də şahidlərin dediklərini təsdiqlədyib.
Hadisə yerində müayinə aparan Xətai Rayon Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru Yaqub Abdullayev isə bildirib ki, “Nissan”ın sürücüsü özünü qəzada günahkar saymır. Tərəflərin ifadələrində zidiyyətlər olduğundan hadisənini təfərrüatları şahid ifadələri əsasında dəqiqləşdirilir. Araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar