Bakıda yenidən bomba həyəcanı yaşanıb
17 Sentyabr 2009 Cümə Axşamı 23:35
"Sahil" metro stansiyasının girişinə bomba qoyulduğuna dair məlumat yayılıb
Bu gecə Bakıda yenidən bomba həyəcanı yaşanıb. Belə ki, Səbayel rayonu ərazisində yerləşən "Sahil" metro stansiyasına bomba qoyulduğuna dair məlumat yayılıb. Faktı Bakı şəhər Səbail rayon polis şöbəsindən də təsiq ediblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar "Sahil" metro stansiyasının girişində axtarış aparılır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar