Bakıda yaşayış evində partlayış baş verib
05 Avqust 2009 Çərşənbə 10:10
Yeni Günəşli qəsəbəsində qeydə alınan hadisəyə səbəb qaz sızması olub

Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib.  APA-ya Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19, mənzil 142-də qeydə alınıb. 47 yaşlı Şəfi Fərədullayevə məxsus mənzilin vanna otağında baş vermiş partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Partlayış nəticəsində ev sahibi Ş. Fərədullayev, onun həyat yoldaşı, 41 yaşlı Mehriban Fərədullayeva və onların 17 yaşlı övadı Tofiq müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 



DOSTLARINLA PAYLAŞ:

oyunlar