Bakıda vahimə yaradan dəstə ifşa olundu
24 Aprel 2014 Cümə Axşamı 10:26
Bakıda silsilə cinayətlər törədən dəstə üzvləri həbs olunub.
Bakıda polis tərəfindən oğuru dəstə üzvləri həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarə 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulular.

Müəyyən edilib ki, onlar fevralın 12-də Sülh küçəsində yaşayan Elvin Məhərrəmova məxsus evdən, qapının qıfılını sındırmaq yolu ilə velosiped, uşaq arabası və ərzaq məhsulları, aprelin 21-nə keçən gecə, A.Alı küçəsində yaşayan Səadət İbrahimovaya məxsus, həmin ünvanda yerləşən mağazadan 800 manat, müxtəlif çeşidli mallar oğurlayıb, aprelin 23-nə keçən gecə isə Bəsti Əliyevaya məxsus, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən aptekdən oğurluğa cəhd ediblər.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar