Bakıda üç maşın toqquşub, biri aşıb
02 Mart 2014 Bazar 22:56
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Bu gün axşam saatlarında Bakının Hövsan qəsəbəsi ərazisində zəncirvari yol qəzası baş verib.

Tahir Sahibovun idarə etdiyi "Tofaş" markalı, 90 SM 436 dövlət nömrə nişanlı avtomobil iki avtomaşına çırpıldıqdan sonra aşıb. "Tofaş" Hövsan qəsəbəsinə doğru hərəkətdə olarkən qarşıdan gələn 90 NM 098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtombillə toqquşub. Toqquşmadan sonra "Tofaş"ın sürücüsü idarəetməni itirib və BMW markalı başqa bir avtomobilə çırpıb. Nəticədə "Tofaş" yol kənarındakı yarğana aşıb. BMW markalı avtomaşın isə hadisə yerini tərk edib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.










DOSTLARINLA PAYLAŞ:

oyunlar