Bakıda tikinti şirkətinin rəhbəri intihar edib
15 Oktyabr 2009 Cümə Axşamı 14:50
"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qaşqay Həsənov özünü ofisində kəndirlə asıb
Bakıda tikinti şirkətinin rəhbəri intihar edib. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 14-də saat 22.00 radələrində tikinti ilə məşğul olan “Oray” MMC-nin rəhbəri 35 yaşlı Laçın rayonunda anadan olmuş Qaşqay Həsənov özünü kəndirlə asıb. Onun meyiti şirkətin Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cu keçid, ev 15/2-də yerləşən ofisində asılmış vəziyyətdə aşkar edilib. Şirkət rəhbərinin özünü öldürməsinin səbəbləri hələlik məlum deyil. Hadisə yerində Binəqədi rayon Prokurrluğunun əməkdaşıar araşdırma aparırlar.
Qeyd edək ki, Q. Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbçi olub. Qarabağ savaşında xidmətlərinə görə, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar