Bakıda qısqanc ər arvadını öldürüb
17 Oktyabr 2009 Şənbə 11:05
Bakıda qısqanc ər arvadını öldürüb. Ər arvadını taxta parçası ilə döyüb.
Bakı şəhərində ər həyat yoldaşını döyərək öldürüb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə oktyabrın 17-də saat 16:30 radələrində Bakının Binəqədi rayonu ərazisində baş verib. Azadlıq prospektində 165 ünvanında 60 yaşlı Hacı Asif Hacı oğlu qısğanclıq zəmnində həyat yoldaşı 49 yaşlı Ziyafət Əliyevanı taxta parçası ilə döyərək öldürüb. O, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar