Bakıda qadınları fahişəliyə cəlb edən kişilər tutuldu
24 Fevral 2014 Bazar Ertəsi 15:59
Əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Bakıda qadınları fahişəliyə cəlb edən və onların hesabına pul qazanan kişilər tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zakir Əliyevin Buzovna qəsəbəsinin ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Keçirilən əməliyyta zamanı Z.Əliyev saxlanılıb.

Digər bir əməliyyat zamanı Rəşad Rüstəmovun qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Qeyd edək ki, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar