Bakıda qadın həmcinsini boğaraq öldürdü
31 Mart 2014 Bazar Ertəsi 10:16
Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.
Bakıda qadın həmcinsini amansızlıqlaqa qətlə yetirdi.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Sevinc Hüseynova M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.

S.Musayeva martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar