Bakıda mütəşəkkil dəstə zərərsizləşdirilib
21 Mart 2009 Şənbə 17:47
Onlardan 20 kiloqram 675 qram heroin götürülüb. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır
Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən Nigeriya vətəndaşları olan və Bakının Yasamal rayonunda kirayədə yaşayan 1977-ci il təvəllüdlü Ojuyederie Ceyms Okeneruim, 1974-cü il təvəllüdlü Okvara Filip Namdi, 1984-cü il təvəllüdlü Oqbonna Sabastine Okeçukvyun, 1972-ci il təvəllüdlü Peter Unojite, 1982-ci il təvəllüdlü Davies Ulovasegün İsola və 1982-ci il təvəllüdlü Nduka Valentin saxlanılıb.
Onlardan 20 kiloqram 675 qram heroin götürülüb. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar