Bakıda minik və yük avtomobilləri toqquşub
20 İyul 2009 Bazar Ertəsi 06:20
Hadisəyə minik maşınının qəfildən geriyə dönmə əməliyyatı icra etməsinin səbəb olduğu bildirilir

Ötən gecə Bakının Səbail rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS xəbər verir ki, Mikayıl Müşfiq küçəsi ilə eyni istiqamətdə hərəkət edən minik və yük maşınları toqquşub. Hadisəyə minik maşınının qəfildən geriyə dönmə əməliyyatı icra etməsinin səbəb olduğu bildirilir. Bu zaman ara məsafəsini saxlaya bilməyən ağır tonnajlı maşın qəzadan yayına bilməyib. Nəticədə “Mercedes” markalı minik maşınının sürücüsü 56 yaşlı Mərdanov Ramiz Qurban oğlu və sərnişin 44 yaşlı Məcidli Məcid Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Xəstəxanaya daxil olarkən həkimlər tərəfindən Ramiz Mərdanova döş qəfəsinin küt travması, Məcid Məcidliyə isə kəllə-beyin travması diaqnozu qoyulub. Ramiz Mərdanov vəziyyəti nəzərə alınaraq stasionar müalicə olunduğu halda, Məcid Məcidli ambulator müalicədən sonra evə buraxılıb. Faktı Səbail Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları araşdırırır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar