Bakıda marşrut avtobusları toqquşub
29 İyul 2009 Çərşənbə 15:05
Azərbaycan paytaxtında iki marşrut avtobusu toqquşub, xeyli yaralanan var. Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Nobel prospekti, 30 ünvanında baş verib. Prospektlə hərəkət edən marşrut avtobusu yol kənarında dayanan başqa bir marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində avtobuslarda olan 7 sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, sərnişinlər - 36 yaşlı Sənubər Əliyeva, 44 yaşlı Pərişan Abdullayeva, 18 yaşlı Səidə Rzayeva, 37 yaşlı Nəzakət Əhmədova, 41 yaşlı Həqiqət Yəhyazadə, 35 yaşlı Ramiq Rufullayev və 28 yaşlı Nizami Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə Yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar