Bakıda kişi evdə yanıb öldü
31 May 2014 Şənbə 12:14
Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Samir Əliyevin yaşadığı evdə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğın söndürüldükdən sonra S.Əliyevin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar