Bakıda ər arvadını qətlə yetirib
16 Mart 2009 Bazar Ertəsi 12:10
34 yaşlı Əsli Soltanova aldığı xəsarətlər nəticəsində ölüb

 Bakıda ər arvadını öldürüb. Hadisə martın 15-də saat 19:00 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANSPRESS-ə verilən məlumata görə, 1969-cu il təvəllüdlü Vahid Zahid oğlu Soltanov həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əsli İslam qızı Soltanovanı yaşadığı mənzildə bıçaqla qətlə yetirib. Qətl ailə münaqişəsi zəminində baş verib.
V.Sultanov Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar