Bakıda ər 49 yaşlı arvadınının başını kəsib
16 May 2009 Şənbə 12:35
Hadisə yerindən qaçan Əbduləli Əliyev tutulub

Bakıda qısqanclıq zəminində qətl hadisəsi baş verib. Əzizbəyov rayon Prokurorluğunun müstəntiqi Zaur Atakişiyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saat 04.30 radələrində, rayonun Zirə qəsəbəsi, N. Hüseynov küçəsi, döngə 9, ev 11-də qeydə alınıb. 51 yaşlı Əbduləli Əliyev həyat yoldaşı, 49 yaşlı Gülnərgiz Əliyevanın başını qısqanclıq zəminində kəsib. Hadisə yerindən qaçan Ə. Əliyev keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar