Bakıda Dəmir Yolu Stansiyasına bomba qoyulub?
15 İyun 2009 Bazar Ertəsi 15:30
Əməliyyat-axtarış tədbirlərindən sonra polisə yalan məlumat verən İqor Fedoseyev tutulub

 

Bakı şəhərində Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gecə saat 00.59 radələrində Maştağa qəsəbəsi M.Şəfai küçəsi ev 34-dən özünü təqdim etməyən şəxs polisə zəng edərək Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması və səhər saat 09.00-da partlayacağı barədə məlumat verib.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində stansiyasiyaya bomba qoyulması barədə polisə yalan məlumat vermiş Maştağa qəsəbə sakini İqor Fedoseyev tutulub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar