Bakıda dekanını qətlə yetirən tələbəyə 12 il iş verildi
05 Avqust 2009 Çərşənbə 14:15
Fərhad Elşən oğlu Məmmədovun məhkəmə prosesi bu gün yekunlaşıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı Maliyyə Kollecinin dekanı Sabir Xudiyevi qətlə yetirməkdə təqsirli bilinən həmin kollecin tələbəsi, 20 yaşlı Fərhad Elşən oğlu Məmmədovun məhkəmə prosesi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə F. Məmmədov qətldə təqsirkar bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi ötən ilin oktyabr ayında baş verib. Bakı Maliyyə Kollecinin tələbəsi, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov təhsil müəssisəsinin maliyyə-vergi şöbəsinin dekanı, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. /APA/
 



DOSTLARINLA PAYLAŞ:

oyunlar