Bakıda avtoservis qarət olundu
17 Mart 2014 Bazar Ertəsi 12:36
Avtoservisdən oğurluq etmiş keçmiş məhkum tutulub.
Bakıda avtoservisdən oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 16-da Bakı şəhər sakini Bahadur Ağalarov 19-cu PB-yə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün işlədiyi R.Məmmədov küçəsində yerləşən avtoservisdə təmirə dayanmış Sumqayıt şəhər sakini Vahid Rüstəmova məxsus "VAZ-2106" markalı avtomobildən maqnitafon, monitor və digər əşyalar oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rauf Məcidov tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar