Bakıda avtomobil qəzası baş verib
29 İyul 2009 Çərşənbə 12:00
Bakıda avtomobil qəzası baş verib. «BMW» «Mercedes»lə toqquşub.

 

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında Biləcəri qəsəbəsi Natəvan küçəsində 23 yaşlı Rahim Mahmudovun idarə etdiyi «BMW» markalı 90-JN-320 dövlət nömrə nişanlı avtomobil 49 yaşlı Asif Hacıyevin idarə etdiyi «Mercedes» markalı 90-BR-768 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə «BMW»nin sürücüsü və sərnişini 22 yaşlı Orxan Kazımov, həmçinin «Mercedes»in sürücüsü 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. «Mercedes»in sərnişini 49 yaşlı Talıb İbrahimov isə hadisə yerində ölüb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar