Bakıda avtomobil 3 nəfəri vurub
01 İyun 2009 Bazar Ertəsi 13:45
Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb

Bakının Sabunçu rayonu ərazisində avtomobil 3 nəfəri vurub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 31-nə keçən gecə Ramana qəsəbəsində 35 yaşlı Elməddin Bağıyev idarə etdiyi «Lexus» markalı 10-JG-915 dövlət nömrə nişanlı avtomobillə 18 yaşlı Elçin Davudovu, 17 yaşlı Sahil Tağıyevi və Rəhman Niftəliyevi vurub. Nəticədə R. Niftəliyev hadisə yerində ölüb, E. Davudov və S. Tağıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.3-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar