Bakıda ağır qəza: 3 ölü, 3 yaralı
14 Noyabr 2009 Şənbə 01:15
Paytaxtın Nizami rayonu ərazisində üç maşın toqquşub
Ötən axşam saat 22.30 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, “Praqa” restoranının qarşısında “Toyota-Prado”, “Wolsvagen-Passat” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Maşınlardan ikisinin eyni istiqamətdə, “Toyota-Prado”nun isə əks istiqamətdə hərəkət etdiyi bildirilir.
Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsindən ANS PRESS-ə məlumat verilib ki, qəza nəticəsində üç nəfər ölüb. Təhqiqatçılar qəzanın səbəblərini araşdırır, şahidlərin ifadələri alınır və hələlik səbəblərlə bağlı heç bir ilkin versiya açıqlanmayıb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, qaza zamanı xəsarət almış üç nəfər xəstəxanalara aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar