Bakı Qazax yolunda partlayış təhlükəsi
25 Mart 2014 Çərşənbə Axşamı 15:20
Bakı Qazax avtomobil yolunun 242-ci kilometrliyində, yolun Ucar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Bu gün saat 14:00-da Bakı Qazax avtomobil yolunun 242-ci kilometrliyində, yolun Ucar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, yanacaq daşıyan “Mercedes” markalı, 90 MF 980 dövlət nömrə nişanlı yük maşını və “Mercedes” markalı, EF 293 dövlət nömrə nişanlı minik maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü ölüb. Maşında olan 1 qadın və 1 kişi ağır yaralanıb. Yanacaq daşıyan maşın yolun hərəkət hissəsinə aşdığından yolda nəqliyyatın hərəkəti məhdudlaşıb və yanacaq dağılıb.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Hadisə yeirndə araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar