Bakı Metopolitenində oğurluğa cəhd
03 Mart 2009 Çərşənbə Axşamı 10:15
Hikmət Quliyev metropolitenin növbətçisinin cibindən pulunu götürməyə cəhd edərəkən yaxalanıb

Bakı Metopolitenində oğurluq etməyə cəhd edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 1-də saat 23:45 radələrində «20 Yanvar» metrosunda əvvəllər məhkum olunmuş, Hikmət Quliyev metropolitenin növbətçisi 29 yaşlı Vəfa Rzayevanın cibindən 220 ABŞ dollarını götürməyə cəhd edib. Bakı şəhər Metropolitendə Polis İdarəsinin əməkdaşları oğurluğun qarşısını alıb. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar