Bakı çimərliklərindən iki meyit tapılıb
06 İyul 2009 Bazar Ertəsi 16:45
Sahil Fərəcov və naməlum şəxsin meyitləri Fatmai və Şıx çimərliklərində aşkarlanıb

 

Ötən gün paytaxtdakı çimərliklərdən iki meyit tapılıb. Fatmai bağlar sahəsinin çimərliyində batan Binə qəsəbə sakini Sahil Fərəcovun həyatını xilas etmək mümkün olmayıb.
Daha bir cəsəd isə saat 20.00 radələrində Səbail rayonu Şıx çimərliyində aşkarlanıb. Suda boğulmuş şəxs 60-65 yaşlarında olub və hələlik şəxsiyyəti bəlli deyil. Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar