Bakı-Ağstafa qatarında bomba
14 May 2009 Cümə Axşamı 02:05
Bakı-Ağstafa qatarında bomba aşkarlanmayıb, naməlum zəngin müəllifləri isə müəyyənləşdirilərək saxlanılıb
Bakıdan Ağstafaya gedən sərnişin qatarında axtarış başa çatıb. Qatarın sərnişinlərinin APA-ya verdiyi məlumata görə, axtarış nəticəsində bomba aşkarlanmayıb.
 
Saat 02.35 radələrində sərnişinlər vaqonlara minib və qatar Biləcəri dəmir yolu stansiyasından Ağstafaya yola düşüb. Qatarda axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişinlərə bildirib ki, polisə iki naməlum zəng edilib və qatara partlayıcı maddə qoyulduğu bildirib. Artıq zəng edən hər iki şəxsin müəyyənləşdirilərək saxlandığı da
söylənilib.

Qeyd edək ki, Bakıdan Ağstafaya gedən sərnişin qatarı Biləcəri dəmir yolu stansiyasında məcburi dayandırılıb, sərnişinlər vaqonlardan düşürdülərək, stansiyanın arxasına keçirilib. Sərnişinlərin APA-ya verdiyi məlumata görə, onlara bunun qatarın dərmanlanması ilə əlaqədar olduğu bildirilsə də, sonradan məlum olub ki, qatara bomba qoyulması barədə polisə anonim məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və təcili tibbi yardım maşınları cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar