“Azneftyağ” Neft Emalı Zavodunda yanğın olub
14 İyul 2009 Çərşənbə Axşamı 10:10
Azərbaycan paytaxtının Nobel prospektində yerləşən “Azneftyağ” Neft Emalı Zavodunda yanğın olub.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısı artıq alınıb. Müəssisə işçilərinin APA-ya bildirdiyinə görə, yanğın zavodun 305-ci qurğusunda baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur. Araşdırma aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar