Azərbaycanda ata qızını boğub öldürdü
04 Mart 2014 Çərşənbə Axşamı 13:05
Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızını balışla boğub.
Ötən gün Azərbaycanda dəhşətli qətl törədilib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qəbələ rayonunun Kürd kəndində baş verib. Kənd sakini Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı Mədinəni balışla boğaraq öldürüb.

Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Ələsgərov tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar