Azərbaycan bayrağı altında üzən gəmidə qəza baş verib
21 İyul 2009 Çərşənbə Axşamı 12:15
Rusiyanın Krasnodar vilayətində yerləşən Eysk şəhərinin 6 saylı dəniz limanında Azərbaycan bayrağı altında üzən “Qəzənfər Musabəyov” teploxodunun hidravlik sistemində qəza baş verib.
APA-nın “Portnews” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, yükləmə zamanı gəminin hidravlik sistemində çat yaranıb və nəticədə limanın akvatoriyasına 30 litr hidravlik yağ axıb. Yayılmanın sahəsi 100-120 kvadratmetr olub. Yağ ləkəsi lokallaşdırılıb və təmizlənib. İnsidentlə bağlı araşdırma aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar