AZAL-a məxsus helikopter Xəzər dənizində qəzaya uğrayıb
12 İyul 2009 Bazar 18:20
Helikopterin göyərtəsində olan dörd nəfər xilas edilib, iki nəfərin axtarışları isə davam etdirilir

Bu gün Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında neftçiləri daşıyan AZAL-ın Neft Daşlarına xidmət edən helikopteri qəzaya uğrayıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub.

Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır.

Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib.

Dövlət Neft Şirkətinin «Azneft» istehsalat birliyində qərargah yaradılıb. Qərargahın 566-54-06, 566-54-07 nömrəli telefonlarında qaynar xətt işləyir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar