Avtomobil Kür çayına düşdü, sürücü öldü
08 Mart 2014 Şənbə 01:36
Hadisə Neftçala rayonunun Cəngan kəndi ərazisində baş verib.
Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayına “VAZ” markalı minik avtomobili düşüb.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar