Aktyor Rasim Balayevin qardaşı yol qəzasında həlak olub
19 Avqust 2009 Çərşənbə 11:45
Ağsu rayonunda baş vermiş qəzada daha bir nəfər həlak olub, bir nəfər yaralanıb. Aktyor Rasim Balayevin qardaşı yol qəzasında həlak olub

 

Avqustun 19-na keçən gecə Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, Heydər Əliyev küçəsində «Opel» markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə iki nəfər- Ağsu sakini, 27 yaşlı Bəxtiyar Ozanoğlu və Bakı şəhər sakini, 43 yaşlı İlqar Balayev həlak olublar. Maşının sürücüsü 27 yaşlı Zaur Hacıyev isə yaralanıb. Onların toydan gəldiyi bildirilir.

Meyidlər artıq müayinədən sonra ailələrinə təhvil verilib. Faktla bağlı Ağsu rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, İlqar Balayev aktyor Rasim Balayevin qardaşıdır.

Rəşad Rəşidov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar