Ağdam ərazisində silah sursat aşkarlanıb
25 Mart 2009 Çərşənbə 22:00
Polis şöbəsinə vurulan zəng əsasında aşkarlanan silahlar ekspertizadan sonra Daxili işlər nazirliyninin silah anbarına təhvil veriləcək
Ağdam rayonu ərazisində xeyli silah sursat aşkarlanıb. ANS-in bölgə müxbiri bildirib ki, rayon polis şöbəsinin növbətçi hissəsinə vurulan anonim zəngdə, Xaçın çayının sağ sahilində Qulbəli kəndi ərazsində silah sursat olması barədə məlumat verilib. Naməlum zəng əsasında yaradılan əməliyyat qrupu dərhal işarə verilmiş əraziyə yollanıb və telefonda bildirildiyi kimi xeyli miqdarda döyüş sursatı aşkar ediblər. Hadisə yerinə baxış keçirən polis şöbəsinin əməkdaşları oradan 2 ədəd kalaşnikov avtomatı, 1 ədəd toz 8 markalı yivli silah, bir ədəd beşaçılan, 1 ədəd 28 kalibrli tir tüfəngi, kustar üsulla hazırlanmış bir ədəd 5.45 kalibrli tapança, 5 ədəd F1 əl qumbarası avtomat sandıqcaları, fişənglər və 1300-dən artıq patron aşkarlayıblar. Ağdam rayon polis şöbəsinin rəisi Hüseyn Əliyev bildirib ki, silahlar əvvəlcə ekspertizadan keçiriləcək və məhz bundan sonra onlar Daxili işlər nazirliyninin silah anbarına təhvil veriləcək.
 
/ANS TV/


DOSTLARINLA PAYLAŞ:

oyunlar