Ağcabədi sakini qətlə yetirilib
02 May 2009 Şənbə 16:15
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təbriz Abbasov tutulub

 

Mayın 1-də saat 19.00 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qaravəlli kənd sakini Təbriz Abbasov münaqişə zəminində həmkəndlisi Möhsüm Quliyevi bıçaqla qətlə yetirib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Abbasov tutulub./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar