Abşeronda ölümlü yol qəzası
10 Aprel 2009 Cümə 11:05
Abşeron rayonunda baş verən yol qəzasında bir ailənin iki üzvü ölüb.
Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində baş verib. Şamaxı rayonu istiqamətində hərəkət edən, Natiq Əliyevin idarə etdiyi “Volvo” markalı, 10 VN 401 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyadalar, 1982-ci il təvəllüdlü Samirə Quliyeva, onun övladları, 2003-ci il təvəllüdlü İmran Ələsgərli və 1 yaşlı Ləman Ələsgərlini vurub. Hadisə baş verən zaman 1 yaşlı Ləman anasının qucağında olub. Onların hər ikisi aldıqları xəsarətdən elə hadisə yerindəcə dünyalarını dəyişiblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Ələsgərli isə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağl Abşeron RPŞ-nin istintaq bölməsi tərəfindən araşdırma aparılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar