9 aylıq körpə avtomobil qəzasında xəsarət alıb
28 İyul 2009 Çərşənbə Axşamı 17:00
Yol qəzası Qobustan rayonu ərazisində baş verib

 

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qobustan rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Cəngi kəndi ərazisində “QAZel” və “Daewoo” markalı avtomobillər toqquşub. Nəticədə “Daewoo”da olan 3 sərnişin xəsarət alıb. Xəsarət alanlardan biri 9 aylıq körpədir.
Yaralılar Qobustan rayon Xəstəxanasına yerləşdiriliblər.

“QAZel” in sürücüsü avtomobili ataraq hadisə yerindən qaçıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar