8 yaşlı qız qardaşını güllələyib
28 İyul 2009 Çərşənbə Axşamı 12:00
Hadisə uşaqların müvəkkilin evdə unutduğu tabel silahı oynaması nəticəsində baş verib

 

Ötən gecə Qusar rayonunun Pirəgir kəndində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, iki azyaşlı uşağın silahla oynaması bir nəfərin ölümünə səbəb olub.

Hadisə Qusar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Cəmil Gümüş oğlu Nəsirovun Pirəgil kəndindəki evində baş verib. Belə ki, müvəkkilin 8 yaşlı qızı Təzəgül Cəmil qızı Nəsirli atasının evdə unutduğu "Makarov" markalı tabel silah ilə oynayan zaman qardaşı, 4 yaşlı Ayxan Cəmil oğlu Nəsirovu vurub. Uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qusar prokurorluğunun böyük müstəntiqi Aləmşah Şükürovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə ehtiyatsızlıq zəminində baş verib. Artıq azyaşlının meyidi tibii ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar