22 yaşlı Quba sakini öz anasını öldürüb
29 İyul 2009 Çərşənbə 16:35
Ruhi xəstə olan Kamran Əliyev anasına çoxsaylı bıçaq zərbələri endirib

 

Qubada dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Səkinəxanım küçəsində yaşayan 53 yaşlı Xumar Əsədulla qızı Əliyevanın meyiti tapılıb. İlkin araşdırmalardan sonra onun 22 yaşlı oğlu, ruhi xəstə Kamran İmran oğlu Əliyev tərəfindən qətlə yetirildiyi bəlli olub.

Quba rayon prokurorunun köməkçisi Ceyhun Muradov ANS PRESS-ə açıqlamasında qadının meyitinin yaşadığı mənzilin yataq otağında tapıldığını və ona çoxsaylı bıçaq zərbələri endirildiyini bildirib.

Rayon polis bölməsinin rəis müavini Valik Balməmmədovun sözlərinə görə, hadisəni törətməkdə təqsirləndirilən K.Əliyev artıq saxlanılıb.

Qeyd edək ki, Kamran Əliyev Quba rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olub.

Faktla bağlı cinayət işi açılıb.

Aytəkin Alxaslı /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar