20 yaşlı tələbə bacısını qətlə yetirib
16 May 2009 Şənbə 15:15
Orxan Ramazanov Tükəzbanı ailə-məişət münaqişəsi zəminində öldürüb

 

Bakı şəhərində dəhşətli qətl hadisəsi baş verib. Daxili İşlər Nazirlyinin məlumatına görə, mayın 15-də saat 17.30 radələrində Nərimanov rayonu F.Yusifov küçəsində yaşayan, 20 yaşlı Orxan Ramazanov qısqanclıq zəminində bacısı Tükazbana bıçaqla xəsarət yetirib. Tükəzban aldığı xəsarətdən xəstəxanada ölüb. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində O.Ramazanov tutulub.

Qeyd edək ki, O. Ramaanov Təfəkkür Universitetinin 2-ci kurs tələbəsidir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar