20 yaşlı hamilə qadının ölümünün səbəbləri açıqlanıb
12 İyul 2009 Bazar 16:20
Ağdaş rayonunun Qəribli kəndində keçirilən toy mərasimindən ağır vəziyyətdə Yevlax rayonu Xaldan qəsəbə xəstəxanasına çatdırılan 20 yaşlı Türkan Abdullayevanın ölümünün səbəbləri müəyyən edilib.
Yevlax Rayon Prokurorluğunun müstəntiqi Vahid Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, Türkan Abdullayevanın qohumları onda epilepsiya (qıcolma) xəstəliyinin olduğunu, əvvəllər də belə halların baş verdiyini deyiblər. Türkan məclisdə özünü pis hiss edib, qohumları onu Mingəçevir şəhərinə çatdırmaq istəsələr də, Xaldan ərazisində vəziyyəti daha da ağırlaşıb, buna görə də onu qəsəbə xəstəxanasına aparıblar. Lakin xəstəxanaya çatdıqda o, artıq keçinmiş olub.

Əvvəlcə T. Abdullayevanın toyda qidadan zəhərləndiyi ehtimal olunsa da, müayinə zamanı onda zəhərlənmə əlamətləri aşkar edilməyib.

Mingəçevir sakini olan Türkan Abdullayeva Ağdaşın Qəribli kəndinə qohumlarıgildə keçirilən toy mərasimində iştirak edirmiş.

Qeyd edək ki, bir müddət əvvəl ailə quran Türkan Abdullayeva hamilə olub.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar