Müğənnni Robbi Uilyams canlı yayında nişanlandı
29 Noyabr 2009 Bazar 02:35
Robbi Uilyams radio verilişində sevgilisinin barmağına üzük taxıb
Britaniyalı müğənni Robbi Uilyams Avstraliya radiosunun canlı yayınında sevgilisinə evlənmə təklifi edib. 35 yaşlı müğənni və sevcilisi “2DayFM” radiostansiyasının şousuna “Reality Killed the Video Star” albomunun təqdimatı üçün dəvət olunublar.
Verililin aparacısı deyib ki, Sidney məşhurların evləndiyi şəhər kimi tanınıb. Bu vaxt Robbi Uilyams sevgilisi Eyda Fildə müraciətlə “Burada ərə getmək istəyən kimsə varmı?” sualını verib. Sonra müğənni birbaşa evlilik təklifinə keçib: “Mənimlə ali qurarsan?”. Bir neçə saniyədən sonra 30 yaşlı Eyda Fild təklifə razılığını verib. Robbi Uilyams elə canlı yayındaca artıq iki ildir görüşdüyü sevgilisinin barmağına üzük taxıb.
Lakin bundan bir qədər sonra müğənninin nümayəndəsi bildirib ki, canlı yayındakı nişanlanma mərasimi zarafat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar