Zahid Oruc partiya yaratmaq xeberlerini tekzib etdi
15 Avqust 2013 Cümə Axşamı 18:04
Millet vekili Zahid Oruc AVP sıralarından xaric olunmasına ANS PRESS vasitesile reaksiya bildirdi .
Zahid Oruc Ana Vətən Partiyasının sıralarınan xaric olunması barədə ANS PRESS-ə danışıb. “Ana Vətən”çilərin bu qərarını normal qarşılayıram. Partiya sıralarından azad olunmağım suallar doğursa da, mən buna obrazlı dillə bunun axırına nida işarəsi qoyardım. Bu o deməkdir ki, bundan sonra məndən keçmiş barədə heç bir mənfi fikir eşitməyəcəksiniz. Onların bu qərarına hörmətlə yanaşıram”.

Onun sözlərinə görə, partiya mənsubiyyətinin olmaması ona daha çox sərbəstlik verəcək: “Bundan sonra daha azad şəkildə cəmiyyətin müəyyən kəsiminin dəstəyini qazanmaq amalı ilə seçki kampaniyası aparacağam. Bu qərardan sonra partiya üzvlərində seçki ilə bağlı ikitirəlik olmayacaq. Dəstəklədikləri namizədin kompaniyasında fəal iştirak edəcəklər”.

Zahid Oruc yeni partiya yaratmaq planının olduğu barədə gəzən məlumatları təkzib edərək bildirdi ki, prespektivdə siyasi təşkilat yaratmaq niyyəti yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar