İran prezidenti Həsən Ruhani Bakıda səfərdədi
12 Noyabr 2014 Çərşənbə 19:12
İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar