Rüstem İbrahimbeyov kritik açıqlama verib
12 Avqust 2013 Bazar Ertəsi 08:07
Rüstem İbrahimbeyov: Men gelib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilmese, o pulları kim teşkil edecek?
Milli Şuranın sedri ve prezidentliye vahid namizedi Rüstem İbrahimbeyov “Yeni Müsavat”a müsahibe verib. Müsahibede o, indiyedek açıqlamadığı bezi metleblere de toxunub, kritik açıqlamalar verib.

- Rüstem bey, Rusiya prezidentinin Bakıya sefer edeceyinin deqiqleşdiyi deyilir. Bu barede sizde hansı informasiya var?

- Bu haqda mediadan oxumuşam. Başqa deqiq melumatım yoxdur. Ona göre de yüz faiz deqiq söyleye bilmirem ki, Putin Azerbaycana gedecek, yoxsa getmeyecek.

- Sefer reallaşacağı halda Azerbaycan hakimiyyeti ile Putin arasında seçkiöncesi müeyyen anlaşmalar elde oluna bilermi? Resmi Bakının Putinden destek alması gözlenilirmi?

- Bu barede en deqiq fikri Putinden başqa heç kim ifade ede bilmez. Amma mene ele gelir ki, Rusiya prezidenti Azerbaycana prezident seçkilerine iki ay qalmış gelirse, demeli, onlar hansısa vacib meseleleri müzakire edecekler. Bu müzakirenin neticesinde Azerbaycanla Rusiyanın qarşıdakı müddetde siyaseti melum olacaq. Ona göre de seferin nece neticeleneceyi barede deqiq heç ne deye bilmerem. Amma bu, çox vacib görüş olacaq.

- Siz hemişe müsahibelerinizde beyan etmisiniz ki, eslinde Kremlle Bakı arasında ciddi problemler yoxdur, Rusiya hakimiyyeti hemişe eliyev hakimiyyetini müdafie edib. Hetta bele bir fikir bildirmişdiniz ki, Bakıdan Moskvaya çamadanlarla pullar ötürülür. Putinin seferi sizin dediklerinizin tesdiqi sayılmalıdırmı?

- Putinin Azerbaycana gelişi menim Kremlle Bakı arasında eslinde problem olmadığı barede dediklerimi tesdiqleyecek. Melum olur ki, “Putin Azerbaycanda hakimiyyeti devirmek isteyir” kimi beyanatlar hakimiyyet terefinden heyata keçirilen tebliğatdır. Kreml rehberi seçkiqabağı Azerbaycan gelirse, demeli, bunların münasibeti yaxşıdır. Rusiyaya doğrudan da teyyarelerle pullar gedir. Ancaq konkret kime verilir, bilinmir. Yeni bele başa düşülmesin ki, o pullar Putine gedir. Azerbaycan hakimiyyetinin Rusiyada da, Amerikada da, Avropada da lobbileri var. Pulları onlara paylayırlar ve öz xeyirlerine çox böyük tebliğat aparırlar. Xalqın yüz milyonlarla, milyardlarla pulu bu işe serf edilir.

- Bu seferin sizin Rusiya vetendaşlığı meselenizin helline tesiri ola bilermi?

- Men inanmıram ki, iki dövletin başçıları bele xırda söhbetle meşğul olsunlar. Çünki bu, ele meseledir ki, insan hüquqları ile bağlıdır. Mene ele gelir ki, bu barede danışmaq çox fantastik şeydir. Men indi böyük bir beyanat yazıram ve başa salıram ki, Azerbaycanın Konstitusiyası ile Azerbaycanın diger qanunları arasında böyük ziddiyyetler var. Azerbaycan Konstitusiyasında yazılıb ki, ikili vetendaşlığı olan şexs seçkilerde iştirak ede bilmez. Menim ikili vetendaşlığım yoxdur. Çünki bunun yuridik menası başqadır. İkili vetendaşlığın yaranması üçün Rusiya ile Azerbaycanın müqavilesi olmalıdır. Bele müqavile de yoxdur. Menim ikinci vetendaşlığım var. Azerbaycanın müvafiq qanununda yazılıb ki, Azerbaycan ikinci vetendaşlığı qebul elemir. Yeni Azerbaycan hökumeti üçün bele bir şey yoxdur. Demeli, bu iki qanun bir-birine ziddir. Ve üçüncü bir hal yaranır. Konstitusiyada yazılıb ki, namizedin başqa ölke qarşısında öhdeliyi olmamalıdır. Menim Rusiyada ne mülküm, ne biznesim var, ne Rusiyada vergi verirem, ne esgerliye getmeliyem. Bir sözle, Rusiya qarşısında birce öhdeliyim de yoxdur. Amma ikinci vetendaşlıqda qalsam, Azerbaycan hökumeti behane tapar. Ona göre men vetendaşlıq meselesi ile ciddi meşğulam. Böyük beynelxalq yuridik kampaniyalar bu işle meşğuldur. Qanunla meni seçkiye buraxmalıdırlar. Çünki buraxmamaq üçün qanuni esas yoxdur.
Mene deyirler ki, gel Bakıya. Men de deyirem ki, bes, bu problemleri kim hell edecek. Orada seherden axşama qeder istintaq gedir. Menim işçilerimi bir-bir istintaqa çağırırlar. Hakimiyyetin imkanı var ki, men Bakıya gelen kimi ele etsinler heç olmasa men Bakıdan kenara çıxa bilmeyim. Men bizim siyasi partiyaların liderlerinden soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların ise pulları yoxdur ve onu teşkil eleye bilmirler. Demeli o vesaiti kimse teşkil elemelidir. Vesaitsiz nece seçki kampaniyası aparmaq olar? Tecrübe gösterir ki, seçki kampaniyası aparmaq üçün bir neçe milyon pul lazımdır. Men gelib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilmese, o pulları kim teşkil edecek? Camaatın pulu yoxdur. Siz bunu bile-bile niye menim gelmemeyim meselesini qabardırsınız, niye demirsiniz ki, eksine, Rüstem müellim o anda gelmelidir problemleri hell etsin? İşin mahiyyetini bilmeyen adamlar ele deyirler ki, Rüstem müellim Bakıya gelsin. Amma bir çoxları ona göre bele deyirler ki, hakimiyyete işleyirler. Her defe mene sual verirler ki, İsa Qembere münasibetiniz necedir. Men de hemişe deyirem ki, İsa beye böyük hörmetim var ve o, Azerbaycan tarixinde böyük işler görüb. Amma bu gün Milli Şura meni ona göre vahid namized seçib ki, menim heç bir partiya ile bağlılığım yoxdur. Partiyalar arasında 20 ildir münasibet çox mürekkebdir. İndi Milli Şura ikinci adamın namizedliyini ireli sürse, yene 20 ildir olan qalmaqal başlayacaq. Ona göre de mektub göndermişem ve orada qeyd etmişem ki, vahid namized var ve qalmalıdır. Biz var gücümüzü ortaya qoyub vahid namizedi qeydiyyatdan keçirmeliyik. Bunu esas xalq elemelidir ve men bunu gözleyirem. Men teklif edirem ki, her ehtimala qarşı teşebbüs qrupları, partiyalar bir neçe nefer de tanınmış, hörmetli şexsin namizedliyini ireli sürsün. O adamlar sırasında Milli Şuraya yaxın şexsler olmalıdır. eger meni qeydiyyata almasalar - herçend men yüz faiz inanıram ki, meni qeydiyyata almağa mecbur olacaqlar - Milli Şura hemin namizedler sırasından birini özünün namizedi elan etsin. “Yeni Müsavat” qezeti vasitesile beyan edirem ki, menim de bir neçe namizedim var. Men özümü heç namizedler arasında görmürdüm. Amma sonra gördüm ki, men vahid namized olmağa razılıq vermesem, işler korlanacaq. Ona göre razılaşdım ve heç ne deyişmeyib. Axıra qeder mübarize aparacağam. Yaranmış problemlerin çoxunu ancaq men hell ede bilerem. Hell elemek üçün de men azadlıqda olmalıyam. Hell elemek üçün de bu deqiqe Azerbaycanda olmalı deyilem. Bu gün xaricde qalmağım çox şeyleri hell edir. O cümleden vesait problemini.

- Rusiya vetendaşlığınızın leğvi üçün Putine müraciet ve ya onunla görüş cehdi etmeyiniz mümkündürmü?

- Avqustun 12-de Milli Şuranın Putine müracieti olacaq. Bu müracietler hele çatmalıdır. Eyni zamanda vetendaşlığın leğvi ile bağlı mesele komissiyadan keçmelidir ve bundan sonra mesele Putine gedir. Bu prosedur heyata keçmeyince, menim Putinle görüşümün esası yoxdur. Komissiya istese vetendaşlıq meselesini bir güne hell eder. İstemeseler yarım il uzadarlar. Rusiya vetendaşlığımı leğv etmeseler bele, qanun menim namizedliyimin qeyde alınmasını qadağan etmir. Bunun üzerinde böyük bir beynelxalq vekiller işleyir. Mene qarşı yaradılan problemlerin süni olduğu ortaya qoyulacaq. Sonda esas söz xalqın sözü olacaq.

- Azerbaycanda bele bir melumat yayılıb ki, prezident İlham eliyev bir neçe gün önce Moskvada qeyri-resmi seferde olub. İlham eliyevle sizin Moskvada görüşünüzün olduğu da deyilir...

- İlham eliyevin son vaxtlar Moskvaya gelib-gelmediyini heç kim deqiq bilmir. Amma mene çatan xeberlere göre, İlham eliyev Moskvaya gelib. Özü de Azerbaycandan yox, başqa bir ölkeden. Burda bir liderle görüşüb.
İlham eliyevle men sonuncu defe, sehv etmiremse, 2007 ve ya 2008-ci ilde görüşmüşem. Ziyalılar Forumu defelerle müraciet edib ki, dövlet ziyalılarla görüşsün ve problemlere münasibet bildirilsin. Lakin müracietler cavabsız qalıb. Haqqında söhbet geden Moskva seferinde ise men onunla görüşmemişem. Görüşmek fikrinde de deyilem. Menden xahiş elese de görüşmerem.