İlham Əliyev Türkiyəyə səfər edəcək
09 Mart 2009 Bazar Ertəsi 15:10
Dövlət başçısı 5-ci Dünya Su Forumu çərçivəsində baş tutacaq "Dövlət Başçıları Zirvəsinə" qatılacaq

 

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Türkiyənin Zaman qəzetinin «Cihan» agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İstanbulda keçiriləcək 5-ci Dünya Su Forumu (16-22 mart) çərçivəsində baş tutacaq "Dövlət Başçıları Zirvəsi"nə qatılacaq.
Agentliyin məlumatına görə, "Dövlət Başçıları Zirvəsin"də Misir prezidenti Hüsnü Mübarək, Azərbaycan prezidenti İlham Əliyev, Yaponiya baş naziri Taro Aso, İran prezidenti Mahmud Əhmədinejad, Tacikistan prezidenti İmoməli Rahmon, Qırğızıstan prezidenti Kumanbek Bakiyev, Ekvador prezidenti Rafael Korrea və Cənubi Koreya prezidenti Lee Myunq və digər rəsmi qonaqlar iştirak edəcəklər.  /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar