Türkiyənin Azərbaycanla münasibətlərində problem yoxdur
09 May 2009 Şənbə 18:45
Rəcəb Tayyib Ərdoğan: «Türkiyənin Azərbaycanla münasibətlərində problem yoxdur. Sadəcə, səhv məlumatlar var»

«Türkiyənin Azərbaycanla münasibətlərində problem yoxdur, sadəcə, səhv məlumatlar var». Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Türkiyənin hökumət başçısı deyib ki, ölkəsinin Ermənistanla sərhədləri bağlamasının səbəbi Azərbaycan torpaqlarının işğalıdır. «Burada səbəb- nəticə əlaqəsi var. Ermənistan Dağlıq Qarabağı işğal edib, 1 milyon azərbaycanlı qaçqın olub. Buna görə də biz sərhədləri bağladıq. İndi səbəb aradan qalxsın, biz də sərhədləri açaq»,-deyə Ərdoğan vurğulayıb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar