Seçki kampaniyasının müddətinin azaldılması üzrə qanuna düzəlişlər qəbul olunub
19 İyul 2010 Bazar Ertəsi 16:30
Prezident İlham Əliyev parlamentin Seçki Məcəlləsinə daxil etdiyi düzəlişləri təsdiq edib.
Prezident İlham Əliyev “Yeni Azərbaycan” (YAP) hakim partiyasının təklif etdiyi və parlamentin Seçki Məcəlləsinə daxil etdiyi düzəlişləri təsdiq edib.

“İ.Əliyev Nazirlər Kabinetinə iki ay ərzində Seçki Məcəlləsinə daxil edilmiş düzəlişlərə uyğunlaşdırılması məqsədilə qüvvədə olan qanunverici aktlara düzəliş və dəyişikliklərin edilməsi üzrə sənədlər layihəsini hazırlamağı və ona təqdim etməyi həvalə edib”, - deyə dövlət başçısının seçki qanunvericiliyinə düzəlişlərin tətbiqi barədə sərəncamının mətnində deyilir.

Cari ilin iyunun 18-də Milli Məclis tərəfindən daxil edilmiş düzəlişlərə əsasən, seçki kampaniyası 75 gündən 65 günədək, seçki təşviqatının müddəti isə 28 gündən 23 günə qədər azaldılır.

Bundan əlavə, YAP-ın təklifi ilə həmçinin namizədlərin seçki kampaniyasının keçirilməsi üçün dövlət büdcəsindən vəsaitlərin ayrılmasını əks etdirən bəndi Seçki Məcəlləsindən çıxarılıb.

Düzəlişlər həmçinin dairə seçki komissiyalarının əvvəl olduğu kimi 60 gün deyil, seçkidən ən azı 50 gün əvvəl formalaşdırılmasını nəzərdə tuturlar. Seçki dairələrinin siyahıları seçkidən 55 gün əvvəl təsdiq ediləcək və seçkidən 50 gün əvvəl dərc olunacaq. Təklif edilmiş düzəlişlərə əsasən namizədlərin qeydiyyatı üçün sənədlər maksimum 50 gün və ən azı 30 gün əvvəl təqdim edilməlidir.
Növbəti parlament seçkiləri cari ilin 7 noyabrında keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar